14:11 03-12-2016
news_image
388
TOP OYUNLARI

Polina Rəhimovadan 29 xal

Qadın voleybolçular arasında Yaponiya çempionatında növbəti turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” JT ilə qarşılaşıb.

 

Qarşılaşma “avtomobilçilər”in asan qələbəsi ilə başa çatıb. “Toyota” rəqibinə bir xal belə verməyib - 3:1. Rəhimova görüşdə 29 xal toplayıb. O, bu xallardan 22-ni hücumda, 5-ni blokda, 2-ni isə eyslə əldə edib. 

 

“Toyota” növbəti turda NEC-lə qarşılaşacaq.

 

Qeyd edək ki, “Toyota” 10 oyundan sonra hesabındakı xalların sayını 14-ə çatdırmaqla, 5-ci yerdə qərarlaşıb.