12:36 05-12-2016
news_image
4564
TOP OYUNLARI

Azərbaycan yığması Qran-pridən imtina etdi! - RƏSMİ

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 2017-ci ildə keçiriləcək Dünya Qran-pri turnirinə qatılmayacaq. Azərbaycan Voleybol Federasiyasından (AVF) apasport.az saytına verilən məlumata görə, komandamız yarışdan rəsmən imtina edib.

 

Məlumatda bildirilir ki, yığmamız Avropa Liqasının qalibi olmaqla, 9 il sonra vəsiqə qazandığı yarışda təqvim sıxlığına görə mübarizə aparmayacaq: “Gələn il paytaxtımız dünya çempionatının seçmə mərhələsinə, İslam Həmrəyliyi Oyunlarında və Avropa çempionatına ev sahibliyi edəcəyindən bu addım atılıb”. 

 

Bu səbəbdən gələn il Bakıda keçirilməli olan qrupun II mərhələsi də təxirə salınıb.

 

Qeyd edək ki, püşkün nəticəsinə əsasən yığmamız ilkin mərhələdə Kamerun, Əlcəzair və Kolumbiya ilə üz-üzə gəlməli idi. Matçlar 2017-ci il iyunun 7-9-da Kamerunda oynanılacaqdı. İyulun 14-16-da isə yarışın ikinci mərhələsinə Bakı ev sahibliyi etməli idi. Həmin vaxt ölkəmizə Macarıstan, Əlcəzair və Meksika təşrif buyurmalı idi.