10:37 06-12-2016
news_image
3016
DÖYÜŞ NÖVLƏRİ

Olimpiya çempionumuz hamıdan öndə!

Ümumdünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək Qran-pri turnirinin final mərhələsi və komandalararası Dünya Kuboku ərəfəsində müəyyənləşən siyahı Azərbaycan millisi üçün uğurlu alınıb.

 

Belə ki, Olimpiya çəkiləri üzrə reytinq cədvəlinin “onluğ”unda 2 təmsilçimiz yer alıb. Rio-2016-nın bürünc medalçısı Milad Beiqi Harçeqani 80 kq çəki dərəcəsində 6-cıdı. Onun aktivində 241,23 xal var.

 

Millimizin heyətində ən yaxşı göstərici Radik İsayevə məxsusdu. Olimpiya çempionumuz +80 kq çəkidə bütün rəqiblərindən öndədi. Hesabında 486,02 xalı olan İsayev ikinci yerdə qərarlaşan Dmitri Şokini (Özbəkistan) 108,7 xal qabaqlayır.

 

Dünya reytinqinə gəlincə, Harçeqani və İsayevlə yanaşı, Ayxan Tağızadə (68 kq) və Fəridə Əzizova da yer alıb. Onlar müvafiq olaraq, 10-cu və 9-cudu.

 

Siyahıda Harçeqanı (80 kq) 5-ci olduğu halda, İsayev 2 müxtəlif çəkidə fərqli mövqedədi. 87 kq-da 4-cü olan dünya çempionu +87 kq-da ikincidi.