15:17 06-12-2016
news_image
406
TOP OYUNLARI

Basketbol yığmamızdan 3 məğlubiyyət

Basketbol üzrə Azərbaycan yığması (U-16) Gürcüstan çempionatında çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, U-16 millimizin üzvləri “Bakı” adı altında qatıldığı qonşu ölkə birinciliyində gözlənilən oyunu göstərə bilmir.

 

Belə ki, heyətində Saamettin Donat, Papuna Kirtadze, Türkyolu Cihangir kimi milliləşən legionerlər oynayan yığmamız keçirdiyi 5-ci oyunda 3-cü məğlubiyyətini alıb. Əsas millimizin baş məşqçisi Samit Nuruzadənin rəhbərlik etdiyi komanda “Akademiya” (Tiflis) 56:76, “Zaza-1” 38:55, “Qori” 52:59 hesabı ilə uduzub.

 

Əvəzində “Dinamo”nu (Tiflis) 65:51 hesabı ilə məğlub edən basketbolçularımız “Martve”yə 74:47 hesabı ilə qalib gəliblər.

 

Komandamızın Gürcüstanın U-18 birinciliyində son qarşılaşması dekabrın 9-da “Kutaisi”yə qarşı olacaq.