09:54 07-12-2016
news_image

“Onların turnirdə iştirakları məqbul sayılmayıb” - Niyaməddin Paşayev

Qadın taekvondoçulardan ibarət Azərbaycan millisinin heyətində növbəti dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev açıqlayıb.

 

O, dekabrın 9-10-da Bakıda keçiriləcək Qran-pri yarışlarının final mərhələsinin mətbuat xidmətinə açıqlamasında bildirib ki, 2 idmançımız turnirə qatıla bilməyəcək: “Taekvondo üzrə Qran-pri yarışının finalında ölkəmizi üzvlərindən Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) təmsil edə bilməyəcək. Son dəqiqələrə qədər hər iki idmançının yarışda iştirak etməsi gözlənilirdi. Lakin həkimlərin son rəyinə əsasən, Abakarovanın ayaq, Əzizovanın isə bel nahiyəsində zədələrin tam keçmədiyi aşkarlanıb və turnirdə iştirakları məqbul sayılmayıb”.

 

Beləliklə, Qran-pri yarışının finalında xanım taekvondoçularımızdan yalnız Yaprak Eriş (57 kq) dayanq üzərinə çıxacaq.