12:54 07-12-2016
news_image
1112
TOP OYUNLARI

“Pula görə başqa sahəyə üz tutanları da düşərgəyə çağırmışam” – yığmamızın baş məşqçisi

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi yenidən formalaşmağa başlayıb. Bu barədə məlumatı apasport.az saytına yığmamızın baş məşqçisi Hikmət Abdullayev verib.

 

Onun sözlərinə görə, Azərbaycan Həndbol Federasiyasında (AHF) prezident dəyişikliyindən sonra canlanma başlayıb. Abdullayev bildirib ki, artıq bu növdən uzaq düşən təcrübəli idmançıları da komandaya cəlb edib: “Bildiyiniz kimi, daha öncə vəziyyətimiz yaxşı deyildi. Komandada yer alan həndbolçular bu işə peşəkar kimi baxmırdılar və başqa işlərdə qazandığı pullar hesabına ailələrini dolandırırdılar. Lakin federasiyada prezident dəyişikliyindən sonra komandamız yığılıb. Mən vaxtı ilə bu növdə ən güclülərdən olub, maliyyə səbəbindən başqa sahəyə üz tutanları da düşərgəyə çağırmışam. Məqsədimiz əvvəlki gücümüzü qaytarmaq və gələn il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışdı”.

 

Qeyd edək ki, AHF-də dekabrın 1-də Heydər Babayevi Saleh Məmmədov əvəzləyib.