10:07 08-12-2016
news_image
902
TOP OYUNLARI

“Klubumun mümkün qədər uğurlu çıxış etməsinə köklənmişəm” – Famil Ağayev

“Sevdiyim klubun baş məşqçisi olduğum üçün fəxr edirəm. Bu komandaya uzun illər bağlı olmuşam”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in baş məşqçisi Famil Ağayev deyib.

 

Gənc mütəxəssis Çempionlar Liqasının yeni mövsümü üçün komandasının şanslarını dəyərləndirib. C qrupunda yer alan Bakı təmsilçisinin baş məşqçisi bildirib ki, “Dabrova Qornitsa” (Polşa), “Sen-Rafael” (Fransa) və “Fənərbaxça”ya (Türkiyə) qarşı ən yaxşı oyunlarını göstərməyi planlaşdırırlar.

 

Ağayev dekabrın 15-də Polşa klubu ilə debüt matçında qələbə hədəflədiklərini də deyib: “Avropanın ən güclü komandalarının mübarizə apardığı yarışda klubumun mümkün qədər uğurlu çıxış etməsinə köklənmişəm. İlk rəqibimiz “Dabrova Qornitsa” çox güclü komandadı. Lakin biz onların əvvəlki oyunlarını yaxşı təhlil etmişik. Rəqibin təsnifat mərhələlərində İsrail və Çexiya təmsilçiləri ilə qarşılaşmalarını izləmişik. Oyunçularımız və məşqçilər korpusu əlindən gələni edəcək ki, azarkeşləri sevindirsin”.