10:17 10-12-2016
news_image
553
TOP OYUNLARI

Basketbolçularımız yenə uduzdular

Basketbol üzrə Azərbaycan yığması (U-16) Gürcüstan birinciliyinin ilk mərhələsində son matçını keçirib. Apasport.az saytının məlumatına görə, U-16 millimizin üzvləri “Bakı” adı altında qatıldığı qonşu ölkə çempionatında yenə də qələbə qazana bilməyiblər.

 

Komandamız bu dəfə “Kutaisi”yə məğlub olub. Rəqib Samit Nuruzadənin yetirmələrinə 16 top üstünlüyü ilə qalib gəlib.

 

Qeyd edək ki, heyətində Papuna Kirtadze, Tornike Julakidze kimi milliləşən legionerlər oynayan yığmamız bundan öncə keçirdiyi 5 oyundan 3-də məğlubiyyət acısı yaşamışdı. Əsas millimizin baş məşqçisi Samit Nuruzadənin rəhbərlik etdiyi komanda “Akademiya” (Tiflis) 56:76, “Zaza-1” 38:55, “Qori” 52:59 hesabı ilə uduzmuşdu.

 

Əvəzində “Dinamo”nu (Tiflis) 65:51 hesabı ilə məğlub edən basketbolçularımız “Martve”yə 74:47 hesabı ilə qalib gəliblər.