11:06 10-12-2016
news_image
580
TOP OYUNLARI

A seriyasının qalibi Bakı klubu ilə matça 13 oyunçu sifariş etdi

İtaliyanın “Konegliano” voleybol klubunun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, A seriyasının qalibi Çempionlar Liqasında Azərbaycanın “Telekom” komandası üçün 13 oyunçu sifariş edib.

 

Komandanın baş məşqçisi Davide Mazzanti əsasən yerli voleybolçulara güvənəcək. Heyətdə cəmi 4 legioner mübarizə aparacaq.

 

İlk turda Bakı təmsilçisini qəbul edəcək “Konegliano”nun heyətində azərbaycanlı voleybolsevərlər üçün tanış simalar da yer alıb. Belə ki, artıq mövcud olmayan “Rabitə” ilə Azərbaycan çempionu olan Katarjina Skorupa və “Bakı”nın Super Liqada bürünc medal qazanmasında xüsusi rolu olan Karolina Kostaqrande bu dəfə təmsilçimizə rəqib olacaq.

 

“Konegliano”nun heyəti: 1. Serena Ortolani, 2. Samanta Brisio (Meksika), 4. Ofeliya Malinov, 5. Berenika Tomsya (Polşa), 6. Eliza Çella, 7. Rafaela Folye, 8. Katarjina Skorupa (Polşa), 9. Silviya Fori, 10. Monika Di Cennaro, 11. Anna Danezi, 12. Karolina Kostaqrande, 15. Robin de Kryoyf (Hollandiya), 18. Cenni Barazza

 

Qeyd edək ki, “Telekom” I turda məhz “Konegliano”nun qonağı olacaq. Matç dekabrın 14-də baş tutacaq.