12:59 10-12-2016
news_image
458
TOP OYUNLARI

Azərbaycan klublarının ilk görüşləri üçün hakimlər açıqlandı

Qadın voleybolçular arasında Çempionlar Liqasının I turunu idarə edəcək hakimlər dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası yarışda mübarizə aparacaq Azərbaycan klublarının matçında da ədaləti qoruyacaq referilərin adını açıqlayıb.

 

Belə ki, “Telekom”un mövsümdə ilk oyunu belçikalı Arturo Di Qiakomoya həvalə edilib. Dekabrın 14-də İtaliyada “Konegliano” ilə qarşılaşmada köməkçi hakim funksiyasını Andrey Zenoviç (Rusiya) yerinə yetirəcək.

 

Bir gün sonra Bakıda baş tutacaq “Azərreyl” – “Dabrova Qornitsa” (Polşa) görüşündə isə hakimlik İvan Lazareviç (Serbiya) və Stefano Çezareyə (İtaliya) tapşırılıb.