15:27 10-12-2016
news_image
593
TOP OYUNLARI

“Azərreyl”ə qarşı sabiq “bakılılar”la - FOTO

Polşanın “Dabrova Qornitsa” voleybol klubunun Çempionlar Liqası üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Azərreyl”in rəqibi komandamızla oyun üçün 13 oyunçu sifariş edib.

 

Xuan Manuelin çalışdırdığı komandada vaxtı ilə Bakı klublarında oynamış Reqan Hud, Katlin Ueiss və Yael Kastilyon da mübarizə aparacaqlar.

 

“Dabrova Qornitsa” heyəti: 2. Helena Horka (Çexiya), 3. Reqan Hud (ABŞ), 6. Eleonora Ciekyevij, 7. Anna Miros, 8. Darya Pajek, 10. Marta Ciesulevij, 11. İzabela Lemanjik, 12. Katlin Ueiss (Almaniya), 13. Kamila Qanjik, 14. Tamara Kalijuk, 15. Dominika Sobolska (Belçika), 16. Kinqa Drabek, 18. Yael Kastilyon.

 

Qeyd edək ki, “Azərreyl” dekabrın 15-də ilk turda “Dabrova Qornitsa”nı qəbul edəcək.