16:49 10-12-2016
news_image
841
TOP OYUNLARI

“Azərbaycan millisi azarkeşləri qarşısında yaxşı oynayır” - Yasek Navroski

“Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi Avropa çempionatında çətin qrupa düşdüyümüzü deyə bilmərik. Biz qrupda qələbəyə iddia edirik”. Apasport.az saytının məlumatına görə, bunu qadınlardan ibarət Polşa yığmasının baş məşqçisi Yasek Navroski deyib.

 

Təcrübəli mütəxəssis ölkəsinin mətbuatına Avro-2017 ilə bağlı danışıb. O, hər bir rəqibə hörmətlə yanaşdığını açıqlayıb: “Azərbaycan millisinin gücü ilə tanışam. Onlar öz azarkeşləri qarşısında yaxşı oynayırlar. Biz bunu 1 il öncə Avropa Oyunları zamanı da gördük. Azərbaycan paytaxtı ilə bağlı xatirələrim də yaxşıdı. Biz orda gümüş medal qazandıq. Almaniya yığmasının da yüksəlişdə olduğunu deməliyəm. Bu komanda ilə görüş maraqlı olacaq. Macarıstan voleybolçuları isə buraya təsnifat mərhələsindən gəliblər. Onlar da son illərdə inkişafdadılar. Amma bizim üçün əsası odu ki, öz oyunumuzu göstərək. Bunu bacaracağıqsa, hər şey bizim üçün yaxşı alınacaq”.