00:27 11-12-2016
news_image
4665
FUTBOL

“Beşiktaş”ın stadionunun yaxınlığında partlayış - FOTO - VİDEO

İstanbulda güclü partlayış baş verib. Apasport.az saytının məlumatına görə, hadisə “Beşiktaş” – “Bursaspor” oyunundan az sonra “Vodafone Arena” stadionunun yaxınlığında olub.

 

Partlayışdan sonra ərazidə atışma səsləri eşidilib. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində tədbirlər görür. Türkiyə mətbuatının məlumatına görə, hadisə nəticəsində 20 nəfərə qədər insan yaralanıb.

 

İlkin məlumata əsasən, minalanmış avtomobil partladılmaqla terror aktı törədilib.

 

Həmin vaxt canlı yayımda olan “Beşiktaş TV”də partlayış görüntülənib.