12:01 12-12-2016
news_image
1013
DÖYÜŞ NÖVLƏRİ

Taekvondo ailəsi Heydər Əliyevi andı - FOTOSESSİYA

Ümumdünya Taekvondo Federasiyasının (WTF) və Azərbaycan Taekvondo Federasiyasının (ATF) rəhbər şəxsləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər. Apasport.az saytının məlumatına görə, WTF prezidenti Çunqvon Ço, ATF-in vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev ulu öndərin heykəli önünə əklil və gül dəstələri qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

 

Daha sonra mərhum prezidentin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.