23:10 12-12-2016
news_image
4437
FUTBOL

“Qızıl top” sahibini tapdı - VİDEO

Madrid "Real"ının və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo 2016-cı ilin yekunlarına əsasən "Qızıl top" mükafatının sahibi olub. Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu karyerasında dördüncü dəfə dünyanın ən yaxşısı seçilərək, bu mükafata yiyələnib.

 

Ronaldo 2008, 2013 və 2014-cü illərdə də "Qızıl top"u qazanmışdı.

 

Cari mövsümdə "Real"ın heyətində Çempionlar Liqası və Avropa Superkuboku qazanan Ronaldo Portuqaliya yığmasının heyətində Avropa çempionu olub.

 

O, dördüncü dəfə "Qızıl top" mükafatını qazanmaqla, Yohan Kroyf, Mişel Platini və Marko van Basteni keçib. Yalnız Lionel Messi 5 dəfə bu mükafata sahib çıxıb.

 

"Real" klublararası dünya çempionatında iştirak etdiyindən Ronaldo mərasimə qatıla bilməyib. Səsvermədə 173 jurnalist iştirak edib. 

 

Xatırladaq ki, bu ildən etibarən “France Football” nəşri 2007-ci ilə qədər olduğu kimi “Qızıl top” mükafatının qalibini yenə jurnalistlər arasında müəyyənləşdirməyə başlayıb. Bundan əvvəlki illərdə bu prosesdə FİFA da iştirak edirdi. Qalibi təkcə jurnalistlər deyil, FİFA üzvü olan milli komandaların baş məşqçiləri və kapitanları da seçirdi.