14:23 13-12-2016
news_image
748
TOP OYUNLARI

Azərbaycanlı hakim Çempionlar Liqasının qrup mərhələsinə təyinat aldı

Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakim Eldar Zülfüqarova növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Çempionlar Liqasının I turunda iş başında olacaq.

 

Zülfüqarov Moskvada qadın voleybolçular arasında baş tutacaq “Dinamo” (Rusiya) – “Alba” (Rumıniya) matçında ikinci hakim olacaq. O, dekabrın 14-nə təsadüf edəcək görüşdə xorvatiyalı Bruno Muha köməklik edəcək.