01:06 15-12-2016
news_image
5553
TOP OYUNLARI

"Telekom" İtaliyadan məğlub dönür - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən iki komandadan biri – “Telekom” da ilk oyununa çıxıb.

 

Super Liqanın gümüş mükafatçısı mövsümə İtaliyada start verib. Zoran Qayiçin yetirmələri İtaliya A seriyasının qalibi “Konegliano” ilə qüvvəsini sınayıb.

 

Oyuna yaxşı başlayan komandamız ilk setdə rəqibi ilə başa-baş mübarizə aparıb. Oyununun gedişində bir neçə dəfə önə keçən "Telekom" sonunda üstünlüyünü qoruya bilməyib. Tərəflərin hər top uğrunda sonadək mübarizə apardığı set 31:29 hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşıb.

 

Digər iki setdə isə rahat qələbə qazanan italiyalılar matçdan qalib ayrılmağı bacarıblar.

 

Qadın voleybolçular arasında Çempionlar Liqası
Qrup mərhələsi
A qrupu
I tur
14 dekabr

 

“Konegliano” (İtaliya) - “Telekom” (Azərbaycan) - 3:0 (31:29, 25:14, 25:22)

Hakimlər: Arutro Di Giaçomo (Rumıniya), Andrey Zenoviç (Rusiya)

Trevizo, Palaverde VILLORBA