10:08 15-12-2016
news_image
565
TOP OYUNLARI

Yığmamızın hücumçusuna ehtiyac olmadı

Qadın voleybolçular arasında “Çelenc cup”da 1/16 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld” ilk matçda Bolqarıstan “Levski”sı ilə qarşılaşıb.

 

Görüş Türkiyə təmsilçinin asan qələbəsi ilə başa çatıb. Sofiya klubu 1 setdə belə sevinə bilməyib – 0:3 (8:25, 12:25, 15:25). Kulan matçda forma geyinməyib.

 

Qeyd edək ki, cavab matçı yanvarın 10-da olacaq.