10:13 15-12-2016
news_image
704
FUTBOL

Sabiq klub prezidenti Azərbaycandan təklif alıb

Tanınmış ukraynalı futbol mütəxəssisi Aleksandr Koseviç Azərbaycandan təklif alıb. Apasport.az saytının məlumatına görə, bunu 51 yaşlı çalışdırıcının özü açıqlayıb.

 

Kramatorsk “Avanqard”ının baş məşqçisi olan Koseviç ölkəmizdə çalışmaq variantına və bundan imtinasının səbəbinə aydınlıq gətirib: “Ukrayna Premyer Liqasının bəzi klublarından təklif almışdım. Azərbaycan və Bolqarıstan variantları da var idi. Lakin bütün təkliflərdən imtina etdim. Çünki ailə vəziyyətim buna imkan vermirdi”.

 

3 aydı “Avanqard”a rəhbərlik edən Koseviç 2004-07-ci illərdə “Krivbass”, 2007-08-ci illərdə “Zarya”nın baş məşqçisi olsa da, daha çox funksioner kimi tanınıb. Donetsk “Şaxtyor”unun İdarə Heyətinin sədri, “Qarant”, sonradan “Metallurq”un prezidenti kimi çalışan mütəxəssis “Krivbass”da idman direktoru və vitse-prezident, həmçinin Donetsk vilayətinin futbol federasiyasında I vitse-prezident olub.