11:05 16-12-2016
news_image
728
TOP OYUNLARI

Famil Ağayevin güvəndikləri - Kim neçə xal topladı?

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Azərreyl” (Azərbaycan) – “Dabrova Qornitsa” (Polşa) klubunun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı klubunu 3:1 hesabı ilə qalib gəldiyi görüşün ən dəyərli oyunçusu Helena Horka seçilib.

 

Rəqibin çexiyalı voleybolçusu “dəmiryolçular”ı 23 dəfə cəzalandırmaqla, ən yaxşı hücumçu da olub. Polşalılar blokda da komandamıza gücünü göstərib. 15 xal toplayan Kamila Qanjik 5 dəfə hücumumuzun qarşısını kəsib.

 

“Azərreyl”in heyətində isə Valeriya Korotenka top qəbulunda fərqlənib. Həmçinin kapitan Malika Kanzonq eysdə 2 xal yığmaqla, hamını qabaqlayıb.

 

Famil Ağayevin yetirmələri arasında isə bombardir Yekaterina Jidkova olub. Yığmamızın hücumçusu hücumlarının cəmi 36 faizini dəqiq yerinə yetirməklə, 16 xal toplayıb. O, blokda da bir dəfə rəqibdən xal alıb.

 

Digər voleybolçularımızdan Malika Kanzonq 11, Tatyana Bokan 9, Aynur Kərimova və Mersi Moim hərəyə 8, Edina Dobi 7, Danitsa Radenkoviç 5, Anastasiya Qurbanova 4 və Şəfaqət Həbibova 1 xal qazanıb. Maraqlıdı ki, Ağayev 14 oyunçusundan 11-nə şans verib. Onun güvənmədikləri arasında amerikalı legioner Marten Bettendorfla yanaşı, yığmamızın əsas blokçusu Ayşən Abduləzimova da yer alıb. Halbuki matçboyu meydanda olan blokçulardan Dobi cəmi 3, Kərimova 1 dəfə rəqib hücumuna mane ola bilib.

 

Qeyd edək ki, Çernoqoriyadan olan Bokan komandanın yeni transferidi.