12:53 21-12-2016
news_image
553
TOP OYUNLARI

Bakı klubu avrokubok matçı üçün paytaxtdan imtina etdi

Qadın həndbolçulardan ibarət Bakının ABU klubunun “Çelenc Cup”ın 1/8 final mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Rəfiqə Şabanovanın rəhbərlik etdiyi komanda Polşanın “Kram Start Elblaq” klubu ilə görüşlərini fevralın 10-da və 11-də keçirəcək.

 

Qarşılıqlı razılaşmaya əsasən, hər 2 görüş rəqib meydanında təşkil olunacaq. ABU-nun nominal ev sahibi olacağı ilk matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İkinci oyun isə ondan 1 saat tez start götürəcək.

 

Qeyd edək ki, ABU III təsnifat mərhələsində Belçikanın “Femina Vize” klubunu mübarizədən kənarlaşdırıb.