13:25 23-12-2016
news_image
565
DİGƏR NÖVLƏR

Üzgüçülük Federasiyasının yeni prezidenti bəlli oldu

Üzgüçülük Federasiyasının yeni prezidentinin adı müəyyənləşib. Apasport.az saytının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, bu postda dəyişiklik baş verməyib.

 

Belə ki, millət vəkili Xanlar Fətiyev növbəti hesabat-seçki konfransında yenidən federasiyanın prezidenti seçilib. O, 2017-2020-ci illər üçün üzgüçülük idman növünə rəhbərlik edəcək.

 

Qeyd edək ki, Xanlar Fətiyev 2012-ci ilin iyul ayından Üzgüçülük Federasiyasının prezidentidi.