18:23 23-12-2016
news_image
577
DİGƏR NÖVLƏR

Olimpiya çempionları üçün prezidentin xüsusi təqaüdünün məbləği artırılıb

Azərbaycan prezidenti İlham Əliyev olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında fərman imzalayıb.

 

APA-nın məlumatına görə, Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq 1300  manat müəyyən edilib.

 

Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.