18:12 25-12-2016
news_image
3239
TOP OYUNLARI

Rəsmən açıqlandı: “Qalatasaray” Avroliqadan uzaqlaşdırıldı

Basketbol üzrə qitənin ən nüfuzlu klub turniri olan Avroliqanın formatında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, bu barədə yarışın direktoru Xordi Bartemeu açıqlama verib.

 

İspan funksioner bildirib ki, növbəti mövsümdən etibarən Avroliqada ancaq 11 A kateqoriyalı komanda ilə yanaşı, Eurocup, VTB Liqası, Adriatik Liqası, Almaniya Liqası və İspaniya Liqası çempionları mübarizə aparacaqlar.

 

Cari mövsümdən fərqli olaraq “Vild Kard” tətbiq edilməyəcək.

 

Belə olan halda isə həm “Qalatasaray”, həm də “Darüşşafaka” növbəti mövsümdən turnirdə çıxış etməyəcək.