13:53 26-12-2016
news_image
3696
DİGƏR NÖVLƏR

İlin ən yaxşı şəkilləri: Sotomayor da var!

Dünyanın ən böyük fotoqraf agentliklərindən olan “Getty Images” 2016-cı ilin ən gözəl şəkillərindən ibarət siyahı açıqlayıb. Apasport.az saytının məlumatına görə, həmin siyahıda Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayorun döyüşü zamanı çəkilmiş foto da var.

 

Bu, Rio Yay Olimpiya Oyunlarının yarımfinal görüşünə təsadüf edib. Belə ki, onun Almaniya millisinin erməni əsilli boksçusu Artyom Harutyunyanla avqustun 19-dakı döyüşü zamanı mübarizə anı əks olunub. Bu şəkil isə ilin ən yaxşı fotoları siyahısında 20-ci göstərilib.

 

Siyahıda, həmçinin “Klivlend”lə NBA çempionu olan Lebron Ceymsin göz yaşları, Bastian Şvaynştaygerin Almaniya yığması ilə vidalaşması, RİO-2016-da Useyn Boltun qələbə sevinci, “Lester”in gerçəkləşdirdiyi çempionluq möcüzəsi və Kriştianu Ronaldonun “Atletiko” ilə keçirilən Çempionlar Liqası matçında penaltilər seriyası ilə qələbə qolunu vurduqdan sonrakı coşqunun əks olduğu fotolar yer alıb.