16:01 26-12-2016
news_image
556
TOP OYUNLARI

Azərbaycan çempionatının mükafatçısı Türkiyədə özünə komanda tapdı

“Telekom”un voleybolçusu Ana Kleger (Piriyeva) özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin imtinasından sonra klubsuz qalan kubalı karyerasını Türkiyədə davam etdirəcək.

 

Özünə yüksək dəstədə yer tapa bilməyən Kleger qonşu ölkədə I liqada oynayacaq. 27 yaşlı hücumçu “Samsun BB” ilə anlaşıb. O, mövsümün startında “Azəryol”dan Anna Stepanyuku da transfer edən komanda ilə 5 aylıq müqavilə bağlayıb.

 

Qeyd edək ki, Kleger 2014-cü ildə “Telekom”la 5 illik razılıq əldə etmişdi. Ötən il komandanın kapitanı olan mərkəzi amerikalı ilə müqaviləyə bu il qarşılıqlı şəkildə xitam verilmişdi.

 

O, “Telekom”la Super Liqanın gümüş medalını qazanıb.