00:01 27-12-2016
news_image
848
STOLÜSTÜ OYUNLAR

Təmsilçimizdən dünya çempionatında uğurlu start

Qatarın paytaxtı Dohada şahmatın rapid növü üzrə dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanı 5 zəka sahibi təmsil edir.

 

Yarışın ilk günü artıq 5 tur baş tutub. Geridə qalan oyunlardan sonra təmsilçilərimizdən ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdu. “Şah” keçirdiyi oyunlarında sadəcə birində məğlub olaraq 4 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

 

Teymur Rəcəbov 3 xalla 36-cı, Arkadi Naydiç eyni xalla 41-ci, Rauf Məmmədov 2.5 xalla 64-cü, Sərxan Ahaşımov isə 2 xalla 81-ci sırada yer alıb.

 

Qeyd edək ki, sabah yarışın daha 5 turu keçiriləcək.