14:42 27-12-2016
news_image
889
DİGƏR NÖVLƏR

Azərbaycanda Milli Antidopinq Agentliyinin rəhbəri bəlli oldu

Azərbaycan Milli Antidopinq Agentliyində rəhbəri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov açıqlayıb.

 

İlin yekunlarına həsr olunan mətbuat konfransında çıxış edən nazir yeni yaradılan təşkilatın ilk rəhbərinin kimliyinə aydınlıq gətirib. Agentliyin rəhbəri vəzifəsinə Şəfəq Hacıyeva təyin olunub. O, əvvəllər Azərbaycan Güləş Federasiyasında fəaliyyət göstərib.