14:54 28-12-2016
news_image
468
DİGƏR NÖVLƏR

“Çempionların çempionu” mükafatının sahibləri açıqlandı

Dünyanın ən yaxşı idmançılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Fransanın “Ekip” nəşrinin sorğusuna əsasən Rio Olimpiadasının baş qəhrəmanları planetin ən yaxşıları seçiliblər.

 

Belə ki, yamaykalı atlet Useyn Bolt ilin ən yaxşı kişi idmançısı adına layiq görülüb. Xanım atletlərdə isə amerikalı gimnast Simon Biles fərqlənib. Onlara “Çempionların çempionu” mükafatı veriləcək.

 

Bu, Boltun artıq 5-ci belə tituludu. O, 2008, 2009, 2012 və 2015-ci illərdə də bu uğura nail olub.