14:40 02-01-2017
news_image
3973
TOP OYUNLARI

Millimiz Lüksemburqda 3-cü oldu

Lüksemburqda keçirilən “Novotel Cup 2017” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, kişi voleybolçulardan ibarət Azərbaycan millisi 4 komandanın qatıldığı turniri 3-cü pillədə başa vurub.

 

Fərid Cəlalovunun yetirmələri İslandiya yığması ilə ilk qarşılaşmada 3:1 (25:21, 21:25, 25:16, 25:9) hesablı qələbə qazansa da, uğurunun davamını gətirə bilməyib. Yığmamız II turda meydan sahibləri, son matçda isə Almaniyaya tay-brekdə uduzub.

 

Lüksemburqla matçda iki dəfə hesabı bərabərləşdirmək də, məğlubiyyətdən qaçmağa yetərli olmayıb – 2:3 (23:25, 25:19, 24:26, 25:20, 7:15). Yarışa U-21 ilə qatılan Bundestimlə matçda isə komandamız iki dəfə önə keçsə də, 1 xalla kifayətlənib – 2:3 (27:25, 18:25, 25:14, 22:25, 11:15).

 

Nəticədə 5 xal toplayan yığmamız Lüksemburqdan 2, Almaniyadan 1 xal geri qalıb.

 

Qeyd edək ki, sonuncu olan İslandiya xal qazana bilməyib.