10:17 05-01-2017
news_image
537
TOP OYUNLARI

Azərbaycanı Venesuela əvəzlədi

Qadın voleybolçular arasında keçiriləcək Dünya Qran-prisində Azərbaycanı əvəzləyəcək komandanın adı açıqlanıb. Apasport.az saytı xəbər verir ki, bu barədə Beynəlxalq Voleybol Federasiyası (FİBV) rəsmi məlumat yayıb.

 

Beynəlxalq qurum ölkəmizin yarışdan imtinasından sonra boş qalan yeri Venesuelaya verib. Lakin ölkəmizin ey sahibliyi edəcəyi oyunların hələlik harada keçirilməsi dəqiqləşməyib.

 

Qeyd edək ki, yığmamız Avropa Liqasının qalibi olmaqla, 9 il sonra vəsiqə qazandığı yarışdan təqvim sıxlığına görə imtina etmişdi.