11:46 23-03-2008
news_image
733
STOLÜSTÜ OYUNLAR

Azər Mirzəyev İspaniyada keçirilən turnirdə mükafat qazanmaq şansını saxlayır

Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın La Roda şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnir sona yaxınlaşmaq üzrədir. “APA-Sport” agentliyinin məlumatına görə, 35-ci dəfə təşkil edilən yarışdakı təmsilçimiz Azər Mirzəyev liderlər qrupunda qərarlaşıb və mükafat qazanmaq şansını saxlayır. Keçirdiyi yeddi oyunda dörd qələbə qazanan və üç dəfə heç-heçə edən şahmatçımızın hesabında 5,5 xal var. İspaniyada yaşayan həmyerlimiz bu gün 8-ci tur çərçivəsində Erik Endryu Kisliklə (ABŞ) oynayacaq. 200 şahmatçının mübarizə apardığı turnirin mükafat fondu 11000 avro həcmində müəyyənləşib.