11:46 23-03-2008
news_image
565
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov “Amber” turnirində yenə qələbə qazana bilməyib

Bakı. Kənan Həsənov - APA-Sport. Fransanın Nitsa şəhərində keçirilən şahmat üzrə ənənəvi “Amber” turnirində yeddinci turun görüşləri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, 17-ci dəfə təşkil olunan yarışda Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarovla yanaşı, Vişvanatan Anand (Hindistan), Vladimir Kramnik (Rusiya), Veselin Topalov (Bolqarıstan), Aleksandr Morozeviç (Rusiya), Vasili İvançuk (Ukrayna), Peter Leko (Macarıstan), Boris Qelfand (İsrail), Sergey Karyakin (Ukrayna), Levon Aronyan (Ermənistan), Maqnus Karlsen (Norveç) və Lyuk van Veli (Hollandiya) mübarizə aparır. Hesabat turunda S.Karyakinlə qarşılaşan həmyerlimiz qələbə qazana bilməyib. Ş.Məmmədyarov həm gözübağlı, həm də rapid görüşü heç-heçə başa vurub. Hesabında 6 xal olan və 10-cu pillədə qərarlaşan şahmatçımız bu gün M.Karlsenlə qarşılaşacaq. Turnir cədvəlinə isə 9 xal toplayan L.Aronyan başçılıq edir.
Qeyd edək ki, martın 27-də başa çatacaq yarışın mükafat fondu 216000 avrodur.