14:09 24-03-2008
news_image
603
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı “Amber” turnirinin növbəti turunda məğlub olub

Nitsa. Vüqar Xeyrullayev-APA-Sport. Fransanın Nitsa şəhərində keçirilən şahmat üzrə ənənəvi “Amber” turnirində səkkizinci turun görüşləri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, 17-ci dəfə təşkil olunan yarışda Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarovla yanaşı, Vişvanatan Anand (Hindistan), Vladimir Kramnik (Rusiya), Veselin Topalov (Bolqarıstan), Aleksandr Morozeviç (Rusiya), Vasili İvançuk (Ukrayna), Peter Leko (Macarıstan), Boris Qelfand (İsrail), Sergey Karyakin (Ukrayna), Levon Aronyan (Ermənistan), Maqnus Karlsen (Norveç) və Lyuk van Veli (Hollandiya) mübarizə aparır. Hesabat turunda M. Karlsenlə qarşılaşan həmyerlimiz xal qazana bilməyib. Ş. Məmmədyarov həm gözübağlı, həm də rapid görüşünü uduzub. Hesabında 6 xal olan və 10-cu pillədə qərarlaşan şahmatçımız sabah L. Van Veli ilə qarşılaşacaq. Turnir cədvəlinə isə 10.5 xal toplayan L. Aronyan başçılıq edir. Bu gün iştirakçılar istirahət edəcək.