09:42 11-01-2017
news_image
383
TOP OYUNLARI

Yığmamızın hücumçusu avrokubokda mərhələ adladı

Qadın voleybolçular arasında “Çelenc Cup”da 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Yana Kulanın şərəfini qoruduğu Türkiyə “Çanakkale Bld”si Bolqarıstanda “Levski”nin qonağı olub.

 

Sofiyada baş tutan matç təmsilçimizin asan qələbəsi ilə başa çatıb. “Çanakkale Bld” evdə olduğu kimi səfərdə də 3:0 (25:12; 25:12; 25:18) hesabı ilə məğlub edib. Yalnız ilk setdə oynayan Kulan 4 xal toplayıb.

 

“Çanakkale Bld” 1/8 finalda “Buxarest” (Rumıniya) – “Olimpiakos” (Yunanıstan) cütünün qalibi ilə oynayacaq. Qarşılaşma bu gün baş tutacaq.