09:47 13-01-2017
news_image
2436
TOP OYUNLARI

Azərbaycanın hər 2 komandası Avropa Liqasından çəkildi

Qadın və kişi voleybolçular arasında Avropa Liqasının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, bu il baş tutacaq yarışda Azərbaycan təmsil olunmayacaq.

 

Belə ki, Avropa Liqasında kişilərdən ibarət yığmamızın iştirakı gözlənilsə də, qərar son anda dəyişdirilib. Yarışın son qalibi olan qadın voleybolçularımızın isə turnirə qatılmayacağı öncədən bəlli idi.

 

Qeyd edək ki, Avropa Liqasının yeni mövsümündə 12 qadın, 7 kişi yığması gücünü yoxlayacaq.