18:21 13-01-2017
news_image
999
TOP OYUNLARI

Voleybol yığmamızdan BİABIRÇI məğlubiyyət – 3 setə 18 xal

18 yaşadək qız voleybolçular arasında Avropa çempionatının II seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, E qrupunda yer alan Azərbaycan millisi ilk oyunda Rusiya yığması ilə üz-üzə gəlib.

 

Qarşılaşma Vüqar Əliyevin yetirmələrinin biabırçı məğlubiyyəti ilə başa çatıb. Voleybolçularımız hansısa setdə 7 xal səddini belə keçə bilməyib. 0:3 hesabı ilə darmadağın olduğumuz görüşdə isə cəmi 18 xal toplamışıq – 6:25, 5:25, 7:25.

 

Komandamızın heyətində Dünya Vəliyeva 4, Nilufər Ağazadə 3, Fidan Əhmədxanova 2 və Nurhan Kazmova 1 dəqiq zərbə vurub. Ruslardan isə Viktoriya Puşuna daha məhsuldar olub. O, yığmamızın bütün üzvləri ilə bərabər – 10 xal toplayıb.

 

Bu qələbə şimal qonşularımızın xalını 5-ə çatdırıb. Onlar bir gün öncə qrup oyunlarına ev sahibliyi edən Rumıniyaya 3:2 hesabı ilə qalib gəliblər.

 

Qeyd edək ki, millimiz sabah Portuqaliyaya qarşı oynayacaq.