15:29 14-01-2017
news_image
394
TOP OYUNLARI

Yığmamızın hücumçusundan 17 xal

Qadın voleybolçular arasında Yaponiya çempionatında növbəti turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” NEC klubu ilə qarşılaşıb.

 

“Avtomobilçilər” bu matçda xal qazanmağı bacarmayıblar. Belə ki, “Toyota” 0:3 hesablı məğlubiyyətə üzülüb. Rəhimova oyunda 17 xal toplayıb.

 

Qeyd edək ki, 16 oyundan sonra hesabında 23 xalı olan “Toyota” turnir cədvəlində yenə 5-ci yerdədi.