20:18 15-01-2017
news_image
4456
FUTBOL

“Qarabağ” qələbə ilə başladı - YENİLƏNİB

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, ağdamlılar bu gün ilk yoxlama oyununu keçirib.

 

Qurban Qurbanovun yetirmələrinin ilk rəqibi Albaniyanın “Şkenderbeu” klubu olub.

 

Ötən mövsüm Albaniya Super Liqasında çempion olmuş “ağ-qırmızılar” daha əvvəl Antalya toplanışı çərçivəsində başqa bir klubumuzla rəqib olub. “Sumqayıt”la üz-üzə gələn albanlar 3:1 hesablı qələbəyə sevinib.

 

Bu dəfə isə qələbə təmsilçimizin tərəfində olub. "Qarabağ"ın yeni transferi Ağabala Ramazanovun 43-cü dəqiqədə vurduğu qol matçda yeganə olub. 

 

Hazırlıq oyunu

“Qarabağ” – “Şkenderbeu” (Albaniya) - 1:0

Qol: Ağabala Ramazanov, 43

 

“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Miçel, 14. Rəşad Sadıqov, 15. Rahid Əmirquliyev, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 99. Dani Kintana