14:25 27-03-2008
news_image
648
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov gözübağlı partiyada Vasili İvançuku məğlub edib

Nitsa. Mehman Süleymanov-APA-Sport. Azərbaycanlı beynəlxalq dərəcəli şahmatçı Şəhriyar Məmmədyarov Fransanın Nitsa şəhərində keçirilən XVII “Amber” turnirində növbəti görüşünü keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, ukraynalı Vasili İvançukla keçirdiyi hər iki qarşılaşmada məğlub olmayan 23 yaşlı şahmatçımız sonuncu pillədən qurtulmağı bacarıb. Gözü bağlı partiyada rəqibini məğlub edən Ş. Məmmədyarov rapiddə heç-heçə edib. 12 iştirakçı arasında 11-ci olan həmyerlimiz ümumilikdə topladığı 8 xalla yalnız hollandiyalı Lük Van Velini qabaqlayıb. Ş. Məmmədyarov turnirdə sonunu görüşünü bu gün Boris Qelfanda qarşı keçirəcək. Hesabında 8 xal olan israilli şahmatçı həmyerlimizdən bir pillə irəlidədir.