10:02 17-01-2017
news_image
1179
TOP OYUNLARI

Azərbaycan çempionu Kanada yığmasını çalışdıracaq

Qadın voleybolçulardan ibarət Kanada millisinin baş məşqçisinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın “sükanı arxasına” italiyalı Marçello Abbondanza keçib.

 

“Azərreyl”in Çempionlar Liqasında rəqibi olan Türkiyənin “Fənərbaxça” klubunun da baş məşqçisi olan 46 yaşlı mütəxəssis işinə mayın 1-dən başlayacaq. Müqaviləsinin müddəti açıqlanmasa da, Kanada Voleybol Federasiyası Qran-pridə Abbondanzadan sürprizlər gözləyir.

 

Qeyd edək ki, Abbondanza 2012/2013 mövsümündə “Rabitə”ni çalışdırıb və Super Liqanın qalibi olub. O, Bakı təmsilçisini klublararası dünya çempionatında və Çempionlar Liqasında finala da yüksəldib.