10:17 17-01-2017
news_image
3610
DÖYÜŞ NÖVLƏRİ

Millimizin sabiq baş məşqçisi beynəlxalq axtarışa verildi

Vyana məhkəməsi cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaher bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ikiqat Olimpiya çempionunun həbsinə qərar verilib.

 

Pedofiliyada günahlandırılan 56 yaşlı mütəxəssis haqda artıq beynəlxalq axtarış elan olunub. Buna səbəb Zayzenbaherin məhkəmə proseslərinə gəlməməyi və istintaqdan gizlənməsidi.

 

Qeyd edək ki, Zayzenbaher 2 uşağı – 11 və 13 yaşlı yetirmələrini zorlamaqda ittiham olunur. O, 1990-cı ilin sonlarında 2000-ci ilin əvvəllərində törətdiyi əməllərə görə indi cavab verməli olub.