17:23 17-01-2017
news_image
2881
DÖYÜŞ NÖVLƏRİ

Taekvondo yığmamızda yeni baş məşqçi

Qadın taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi postunda dəyişiklik edilib. Azərbaycan Taekvondo Federasiyasından (ATF) apasport.az saytına verilən məlumata görə, yığmamızın koreyalı çalışdırıcısı Sun Mi Park istefaya göndərilib.

 

ATF-in İdarə Heyətinin qərarı ilə Elnur Amanov bu vəzifəyə təyin edilib.

 

Qeyd edək ki, Amanov bunadək kişilərdən ibarət millimizdə böyük məşqçi funksiyasını daşıyırdı.