09:44 18-01-2017
news_image
395
TOP OYUNLARI

Türkiyə kubokunun sahibi müəyyənləşdi

Qadın voleybolçular arasında Türkiyə kubokunun final matçı keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını “Fənərbaxça” qazanıb.

 

Marçello Abbondanzanın çalışdırdığı İstanbul təmsilçisi həlledici matçda “Vakıfbank”ı məğlub edib – 3:0 (25:22, 25:15, 25:19).

 

Qeyd edək ki, “Fənərbaxça” Çempionlar Liqasında “Azərreyl”in rəqibidi. Onlar yarışın hesabat turunda “dəmiryolçular”ı 3:0 hesabı ilə məğlub ediblər.