10:01 18-01-2017
news_image
1153
FUTBOL

Futbolçunun atası klub rəsmisini al-qana qərq etdi - VİDEO

İspaniya futbolunda xoşagəlməz olay baş verib. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, aşağı yaş qrupu üzrə komandaların matçında iki valideyn arasında münaqişə yaşanıb.

 

Hadisə “Deportivo Telde” ilə “Quya” komandaları arasında baş tutan qarşılaşma zamanı yaşanıb. Bələdiyyə stadionunda keçirilən görüş zamanı “Deportivo Telde” ilə “Quya” klubunun valideynləri əlbəyaxa olublar. Onlardan biri həm də birincilərdə rəhbər vəzifədə çalışır.

 

Maurisio adlı komanda rəsmisinə yaxınlaşan qonaq komandanın valideyni onunla mübahisəyə girişib. Həmin valideynin təhqiramiz sözlərinə dözə bilməyən Maurisio ona baş zərbəsi endirib. Bundan qəzəblənən digər valideyn “Deportivo Telde”nin rəsmisini ardıcıl zərbələrə “qonaq” edib.

 

Zərərçəkən dərhal xəstəxanaya aparılıb. Burnundan və gözündən ciddi xəsarət alan Maurisio əməliyyat olunub. Digər valideyn dərhal həbs olunub. Maurisionun da xəstəxanadan çıxdıqdan sonra saxlanılması istisna deyil.