10:42 18-01-2017
news_image

Azərbaycan millisi “Böyük Dəbilqə”yə 7 cüdoçu ilə yollanır

Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2017-ci ilin ilk “Böyük Dəbilqə” turnirinə 7 idmançı ilə yollanacaq.

 

Fevralın 11-dən 12-dək Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxacaq.

 

Yarışda ümumilikdə 49 ölkədən 345 (215 kişi, 130 qadın) cüdoçu mübarizə aparacaq.