16:03 18-01-2017
news_image
728
FUTBOL

Filip Ozobiç millidəki oyunu barədə - VİDEO

“Mənə zəng edib, milliyə dəvət aldığımı dedilər. Buna çox sevindim və dərhal evə zəng etdim. Xoş xəbəri çatdırdım, milliyə çağırıldığımı dedim”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ”nin xorvatiyalı futbolçusu Filip Ozobiç deyib.

 

“Qəbələ TV”yə danışan yarımmüdafiəçi Xorvatiya millisinə dəvət almasından danışıb. Çində qatıldıqları turnir barədə də fikirlərini bildirən Ozobiç bunları deyib: “Həyatım boyu bunun üçün çalışmışdım. Oradakı əksər futbolçuları aşağı yaş qruplarından tanıyırdım. Məşqçi məni təbrik edib, rahat oynamaq lazım olduğunu dedi. Orda biz dost idik – bir ailə kimi. İlk oyundan əvvəl bir az gərgin idim. Amma matçın gedişində sakitləşdim, rahat oynamağa başladım. Bizim oyuna qədər cəmi 1 məşqimiz olmuşdu. Ona görə də, Çindəki turnirdə ilk matça 100 faiz hazır deyildik”.

 

Ozobiç yenidən yığmaya dəvət almasının “Qəbələ”dəki çıxışından asılı olduğunu bildirib:

“Ümid edirəm ki, növbəti dəfə də milliyə dəvət alacam. Bunun üçün “Qəbələ”də yaxşı oynamalıyam. Azərbaycan çempionu olmaq istəyirəm. Onda yəqin ki, məni dəvət edərlər. İndi mənim üçün “Qəbələ” və çempion olmaq daha vacibdi”.