10:56 19-01-2017
news_image
2918
DÖYÜŞ NÖVLƏRİ

Millimizin axtarışda olan eks məşqçisindən yeni xəbər: Neft və qızıl çıxarır

Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherin yeni iş yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, beynəlxalq axtarışa verilən avstriyalı mütəxəssisin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olduğu iddia edilir.

 

59 yaşlı Zayzenbaher bu şəhərdə fəaliyyət göstərilən neft, qaz və qızıl çıxarmaqla məşğul olan şirkətdə fəaliyyətini davam etdirir. O, adı açıqlanmayan bu şirkətin baş direktorudu. Həmin şirkət də ABŞ-ın San-Fransisko şəhərində qeydiyyatdan keçib ki, məşqçinin oğlu da burada yaşayır.

 

Avstriya və BƏƏ arasında ekstradisiya əməkdaşlığı olmadığında Zayzenbaher orda rahat şəkildə yaşamağa davam edə bilər. Hətta onun Asiya ölkəsində vətəndaşlıq alması da istisna edilmir.

 

Qeyd edək ki, pedofiliyada günahlandırılan Zayzenbaher Avstriya məhkəməsi tərəfindən beynəlxalq axtarışa verilib.