16:22 19-01-2017
news_image

Cüdoda yeni qaydalar tətbiq edildi - VİDEO

Beynəlxalq Cüdo Federasiyasının Bakıda hakim və məşqçilər üçün keçirdiyi seminarda mühüm qərarlar qəbul edilib. Apasport.az saytının məlumatına görə, paytaxtımızda müzakirə edilən yeniliklər artıq Tunisdə baş tutan “Africa Open” turnirində tətbiq olunub.

 

Hakimlik və yarış qaydaları bu ilin avqustunda Macarıstanın paytaxtı Budapeştdə olacaq dünya çempionatına kimi test xarakteri daşıyacaq. Əgər qaydalar cüdonun inkişafı üçün effektli olsa, 2020-ci ildə keçiriləcək Tokio Olimpiadası da daxil olmaqla bütün yarışlarda tətbiq ediləcək.

 

"Cüdo TV" bütün yeni qaydalardan bəhs edən və Bakıda təşkil olunan seminarla bağlı xüsusi proqram hazırlayıb. Həmin verilişi sizə təqdim edirik: