11:12 20-01-2017
news_image
420
TOP OYUNLARI

“Telekom” üçün slovakiyalı - FOTO

Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan “Telekom”un III turdakı oyununa təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, yanvarın 25-də keçiriləcək İtaliya “Modena”sı ilə qarşılaşma slovakiyalı İqor Şimpla həvalə edilib.

 

Modenada “Palapanini” Sarayında təşkil olunacaq matçda II hakimi funksiyasını isə Andyelko Popoviç (Serbiya) yerinə yetirəcək.

 

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.